Çavuşoğlu: ABŞ və bəzi Avropa ölkələri Türkiyə-Suriya dialoquna qarşıdır

Çavuşoğlu: ABŞ və bəzi Avropa ölkələri Türkiyə-Suriya dialoquna qarşıdır
DÜNYA
20:26 29.12.2022
234
Türkiyə və Suriya arasında danışıqlar terrorla mübarizəyə əngəl deyil.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"ABŞ və bəzi Avropa ölkələri görüşlərə qarşıdır. PKK/YPG-ni dəstəkləyənlər dialoqa qarşıdır”, - nazir əlavə edib.

O, Suriya ilə ikinci təmasın nə zaman olacağı barədə sualı da cavablandırıb.

"Xarici işlər naziri arasında təmaslar üçün yanvar ayı erkən bir tarixdir”, - Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, ötən gün Moskvada Rusiya-Türkiyə-Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə adları çəkilən ölkələrin kəşfiyyat rəhbərləri də iştirak edib.
OXŞAR XƏBƏRLƏR