Türkiyənin Rusiya ilə münasibətlərinin olması Ukrayna ilə bağlı haqqı müdafiə etməyinə mane olmayıb. Bu barədə Türkiyə xarici işlər naziri Mövıud Çavuşoğlu deyib.
AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, Çavuşoğlu daimi atəşkəs üçün çalışdıqlarını söyləyib: "Yanğın söndürülməzsə, hamıya təsir edəcək. Əsas məsələlər üzrə razılaşma yaxındır. Rusiya ilə Ukrayna arasında danışıqlar sürətlənib, irəliləyiş var”.
Türkiyəli nazir əlavə edib ki, Türkiyə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini bir araya gətirmək üçün ölkəsi səylərini davam edir: "Biz bunun Türkiyədə olmasını istərdik. Amma önəmli olan odur ki, iki lider dünyanın harasında olurlarsa olsunlar bir araya gəlsinlər”.