Çavuşoğlu Mirzoyanla görüşündən danışdı: “Regionda sülhün olması hər birimizin xeyrinədir”

Çavuşoğlu Mirzoyanla görüşündən danışdı: “Regionda sülhün olması hər birimizin xeyrinədir”
SİYASƏT
15:00 12.03.2022
370

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünün nəticəsinə dair açıqlama verib.

M.Çavuşoğlu jurnalistlərə bildirib ki, Mirzoyanla görüş səmərəli və məhsuldar olub.

"Türkiyə və Ermənistanın münasibətlərin normallaşması üçün təyin etdiyi xüsusi nümayəndələr iki dəfə görüşüblər. Görüşün biri Moskva, digəri isə Vyanada baş tutub.  

Biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir. Erməni həmkarım ilə bu mövzuda danışdım”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyə ilə Ermənistan ikitərəfli münasibətləri inkişaf etdirmək üçün təmasları davam etdirəcək.

Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. 

Qeyd edək ki, Çavuşoğlu-Mirzoyan görüşü mətbuata qapalı keçirilib.
OXŞAR XƏBƏRLƏR