Çavuşoğlu: "Rusiya ilə Ukrayna arasında hələ sülh üçün imkan var"

Çavuşoğlu: "Rusiya ilə Ukrayna arasında hələ sülh üçün imkan var"
DÜNYA
10:53 14.09.2022
247
"Rusiya ilə Ukrayna arasında davam edən müharibədə həssas olmağa çalışırıq”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur. Həmin sanksiyalardan təsirlənməmək çətindir. Qərbin pessimizmini hər birimiz görürük. Amma buna sevinmək lazım deyil. Qərbin zəifləməsi bizim xeyrimizə deyil. Avropada qışa həftələr qalıb. Artıq müxtəlif Qərb ölkələrində aksiyalar başlayıb. İstanbul həm taxıl sazişinə, həm də Zaporojye AES-lə bağlı danışıqlara ev sahibliyi edib. Bu göstərir ki, hələ də sülh üçün imkan var. Gələcəkdə də təşəbbüslərimizi davam etdirəcəyik”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR