Çavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”

Çavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
SİYASƏT
15:06 20.06.2021
1057
"Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunun açılması başqa bir məna kəsb edir.

İki lider tərəfindən imzalanan Şuşa Bəyannaməsini dəyərləndirən M.Çavuşoğlu deyib ki, bu sənəd Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın ən yüksək səviyyədə olacağının sübutudur.
OXŞAR XƏBƏRLƏR