Çavuşoğlu və Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək

Çavuşoğlu və Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək
DÜNYA
18:21 21.12.2022
165
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İsveç xarici işlər naziri Tobias Billström İsveçin NATO-ya üzvlük prosesini müzakirə edəcək.

AZXEBER.COM xəbər verir ki, İsveç Krallığının xarici işlər naziri Tobias Billström dekabrın 22-də Türkiyəyə rəsmi səfər edəcək.

"Nazir Çavuşoğlu ilə qonaq nazir arasında keçiriləcək görüşdə Türkiyə ilə İsveç arasında ikitərəfli münasibətlərin müzakirəsi, İsveçin 2023-cü ilin yanvarında Aİ-yə sədrliyi kontekstində Türkiyə-Avropa İttifaqı münasibətləri, İsveçin NATO-ya üzvlük prosesi, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - Türkiyə XİN bildirib.
OXŞAR XƏBƏRLƏR