Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Söhbət zamanı Türkiyə - ABŞ ikitərəfli münasibətlərilə yanaşı regional problemlər də nəzərdən keçirilib.
O cümlədən, NATO və ATƏT-in toplantıları ərəfəsində Rusiya - Ukrayna gərginliyi, Sudan, Efiopiya və Qafqazda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.