Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
SİYASƏT
16:37 24.07.2018
8854
Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
 
APA-nın xəbərinə görə, onu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
 
Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Çavuşoğlu-Məmmədyarov görüşündən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR