AXCP faəlı yoxa çıxıb, 2 həftədir xəbər yoxdur

SOSİAL
17:27 08.07.2016
1417

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Xəqani Nəsirovun harada olması barədə artıq iki həftədir xəbər yoxdur. Partiyada belə düşünürlər ki, o, həbs olunub.

AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Turan-a bildirib ki, iyunun 23-dən Xəqani Nəsirovdan xəbər ala bilmirlər. Telefonuna zəng çatmır. Qeydiyyatda olduğu ərazinin polis idarəsi ilə dəfələrlə əlaqə yaradılsa da, ondan bir məlumat almaq mümkün olmayıb: "Təcrübəyə əsasən güman etmək olar kı Xəqani Nəsirov polis tərəfindən saxlanılıb”.

OXŞAR XƏBƏRLƏR