AXCP fəalı aksiyaya görə saxlanılıb? - RƏSMİ AÇIQLAMA

AXCP fəalı aksiyaya görə saxlanılıb? - RƏSMİ AÇIQLAMA
SOSİAL
11:14 26.10.2022
250
AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".
OXŞAR XƏBƏRLƏR