"Axios": İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı

"Axios": İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı
DÜNYA
07:40 22.10.2026
121
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İran sərhədi yaxınlığında genişmiqyaslı təlim uçuşu həyata keçirib.

Bu barədə "Axios” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 19-da keçirilən təlimdə onlarla qırıcı ilə yanaşı, havada yanacaqdoldurma təyyarəsi də iştirak edib.

Bildirilir ki, hərbi uçuşun əsas məqsədi İrana güc nümayiş etdirmək və Knessetə seçkilər ərəfəsində Tehranın İsrailə qarşı mümkün əməliyyatlarının qarşısını almaq olub.

İran sərhədinə yaxınlaşan İsrail qırıcıları daha sonra istiqamətlərini dəyişərək geri qayıdıblar.

Qeyd edək ki, daha əvvəl "Financial Times” qəzeti İsrailin oktyabrın 10-da İrana qarşı bir sıra hava zərbələri endirməyə hazırlaşdığını, lakin ABŞ-nin buna razılıq vermədiyini yazmışdı.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR