'Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...' - Bakıda OLAY

SOSİAL
12:56 29.08.2016
13988

''Axşam idi, hamama girdim çimmək üçün. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandır. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi''.

Bu sözləri Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən təcavüzə məruz qalan 30 yaşlı F.M. deyib.Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin həyətindəki hamamda baş verib: ''Gecə idi, haradasa saat 11 olardı. Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov içəri girib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götürüb Əhlimanın üzünə çəkdim. Qanadığını görəndən sonra məndən əl çəkdi''.Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan hansısa şübhəli hərəkət hiss etməyib.Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğundaistintaq aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq etdi: ''Müstəntiq məndən evin sənədlərini istəyir. Hamamın hansı həyətdə olmasını soruşur. Öz həyətimdə, öz hamamımda baş verib hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''Milli.Az bildirir ki, müstəntiq İ.Hüseynovcriminal.az-a açıqlamasında dedi ki, hazırda F.M.-in işi ilə bağlı istintaq davam etdirilir. Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf işin gedişi ilə bağlıdır.Müstəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Nağıyeva qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi