Afinada metro sutkarlarla fəaliyyətini dayandıracaq.Metro ötən həftənin cümə günü də fəaliyyətini dayandırmışdı. Həmin gün şəhərdə böyük tıxaclar yaranmışdı. Noyabrın 6-7-də dövlət və özəl sektorun həmkarlar təşkilatlarının iki günlük tətili planlaşdırılır. Tətil vədi verən həmkarlar təşkilatları arasında dənizçilər, təcili tibbi yardım işçiləri, eləcə də axşam saatlarında elektrik enerjisinin verilməsini dayandırmaqla hədələyən energetiklər də var.Yunanıstan hökuməti yaxın günlərdə 2013-cü il üçün böhran büdcəsini, o cümlədən, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yeni kredit sazişini qəbul etməyə hazırlaşır. 31,5 milyard avroluq kredit tranşı müqabilində xərclərin 13,5 milyard avroluq ixtisarı nəzərdə tutulur.