Axşama doğru külək güclənəcək

Axşama doğru külək güclənəcək
SOSİAL
16:49 05.11.2018
3309
Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Rayonlardabəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-15, dağlarda 3-5 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR