Axtarışa verilən Hüseyn bütün borclarını bağladı

Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
SOSİAL
20:41 26.02.2026
382
Azərbaycan əsilli məşhur bloqer Hüseyn Həsənovun Rusiya dövlətinə olan yüz milyonlarla rubl məbləğində vergi borcunu tamamilə ödədiyi məlum olub.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə bloqerin vəkili Mixail Yusupov məlumat verib.

Vəkilin sözlərinə görə, Hüseyn 170 milyon rublluq əsas vergi borcu ilə yanaşı, hesablanmış cərimə və sanksiyaları da daxil olmaqla, ümumilikdə 300 milyon rubl (təxminən 6,6 milyon manat) ödəniş edib.

Qeyd edək ki, dünən Moskvanın Presnenski Məhkəməsində bloqqerə qarşı qaldırılmış cinayət işi üzrə qiyabi məhkəmə prosesi başlayıb. İstintaq materiallarına görə, H. Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək real gəlirlərini gizlədib və büdcədən yayınmağa cəhd edib.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında bloqerin suşi istehsalı ilə məşğul olan sonuncu şirkəti "Banda Foods” da borcları səbəbindən ləğv edilmişdi. Rusiyanı tərk edən Hüseyn Həsənov ötən ilin noyabrında ikinci dəfə axtarışa verilmişdi.
OXŞAR XƏBƏRLƏR