Böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Dəniz Əsədova barəsində altı ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Qeyd edək ki, Dəniz Əsədova ilə bağlı Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha üç şikayət var.