Axtarışda olan 23 nəfər tutulub

KRİMİNAL
20:59 17.01.2018
1897
Yanvarın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

OXŞAR XƏBƏRLƏR