Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutuldu

KRİMİNAL
12:29 29.01.2014
1722

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Kazan şəhərində tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Azərbaycan respublikasının vətəndaşı Rahil Nəsibov Rusiya Federasiyasının Tatarıstan respublikasının paytaxtı Kazan şəhərində tutulub.

Rahil Nəsibov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə axtarış elan edilmişdi.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR