Ay ərzində 400-ə yaxın şəxs dəm qazından zəhərləndi

MARAQLI
11:25 13.02.2012
1489

Yanvarın 28-dən fevralın 12-dək Bakıda 376 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Bunu bazar ertəsi Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 216-sı xəstəxanalara yerləşdirilib. Yalnız ötən sutka ərzində Bakıda 25 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Onların 20-si xəstəxanalara çatdırılıb.

Ötən gün ərzində 3 yol qəzası baş verib. Həmin hadisələr nəticəsində zərər çəkən 3 nəfər xəstəxanalara yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR