Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V. Şirinov son söz deyib. O, peşman olduğunu bildirib.
Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, V. Şirinov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Bakıdakı "Aristokrat" çay evində törədilib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov V. Şirinova 4 min manat məbləğində pul verib. Sonradan verdiyi pulu geri istəyən M. Qubadov mübahisə zəminində V. Şirinov tərəfindən güllələnərək, öldürülüb.