Ayağı qırılan pişik özbaşına xəstəxanaya gəldi

MARAQLI
00:17 18.11.2022
394
Türkiyədə bir xəstəxanada maraqlı anlar yaşanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ayağı sınan pişik xəstəxanaya gəlib.

 Pişiyin xəstəxanaya daxil olaraq təcili yardım otağına qapıdan girməsi təhlükəsizlik kamerasına əks olunub.  Kameralarda bir müddət təcili yardım otağında gözləyən pişiyin daha sonra cərrahi müdaxilə otağına girdiyi görünür.

Pişiyin davranışından acı çəkdiyini anlayan tibb bacısı Abuzer Özdemir pişiyin ayağının qırıldığını anlayıb. Ağrıları olan pişiyə ilk tibbi yardımı edən Özdemir pişiyin ayağını düzəldib və sarıyıb. 

Həkim bildirib ki, pişik özünü yaxşı hiss etdikdən sonra xəstəxanani tərk edib.

Aydın

OXŞAR XƏBƏRLƏR