Zəlzələ zamanı dağıntılar altında qalan qızla xilasedici araslnda dialoq hər kəsi duyğulandırıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələdən zərər çəkmiş 10 əyalətdən biri olan Adıyamanda çoxlu bina dağılıb. Bölgəyə sövq edilən qruplar dağıntılar altında qalanları xilas etmək üçün zamana qarşı mübarizəyə başlayıb. Dağıntılar altında qalan13 yaşlı qızla AFAD könüllüsü arasında dialoq hər kəsi təsirləndirib.
Belə ki, zəlzələdən sonra AFAD axtarış-xilasetmə könüllüləri Esma Dəmiri ayağının iki divan arasında sıxışmış vəziyyətdə tapıb. Esmanın işçi qruplarına "Ayağım məni xilas etməyə mane olursa, kəsə bilərsiniz" sözləri ürək ağrıdıb.
Axtarış-xilasetmə işçiləri Esmadan möhkəm olmağını istəyiblər:"Səni buradan sağ-salamat çıxaracağıq. Möhkəm ol və narahat olma" .
8-9 saat davam edən qrupların səyi nəticəsində Esma ayağı kəsilmədən 56 saat sonra dağıntılar altından çıxarılıb.
Günel