Müğənni Ayan Babakişiyeva xeyli çəki atıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi çəkisinin 48 kiloqrama düşdüyünü bildirib.
Axşam.az-a açıqlama verən Ayan "Qəfildən kilom artdı və 55 kiloqram oldum. Bədənim şiş olmuşdu. 2 aydır gündə 1 dəfə yemək yeyirəm. Aralıqlı oruca başladım. 24 saatda 1 dəfə yemək yedim. Qalan saatlarda zəncəfilli çay içirəm. Eyni zamanda da zəncəfil mədəmi yandırmasın deyə, qoruyucu dərman içirəm. Sonunda artıq kilolarımdan ayrıldım. 48 kiloqram oldum" deyə sözlərinə əlavə edib.