Ayan Aygün Kazımovaya cavab verdi: 'Sənətə ilk gəldiyim gündən belə şeylərdən qaçmışam'

MAQAZİN
16:42 25.01.2013
1786
Xalq artisti Aygün Kazımova gözlənilməz addım atıb. Ad günü ilə bağlı Kazım Sübhanın aparıcısı olduğu radio proqramın qonağı olan diva, qəribə də olsa gənc, həm də populyar müğənni Ayandan danışıb. Adətən özündən başqa heç kimi bəyənməyən, daha doğrusu hansısa xanım həmkarı ilə bağlı xoş söz deməyə xəsislik edən Aygün Kazımovanın bu hərəkəti dinləyicilərlə yanaşı, şou-biznes əhlinin də təəccübünə səbəb olub.Ayan müsahibəsində Aygün Kazımovanın bu jestinə cavab vermək istədiyini bildirdi: "Aygün xanımın haqqımda söylədiyi xoş fikirləri eşitdikdə əlbəttə ki çox sevindim. Mən Aygün xanımı çox sevirəm, onun fanatıyam. Nə qədər plastik əməliyyat keçirsə də, Aygün xanımı olduğu kimi sevirəm. Amma bu barədə bir kəlmə də olsa özünə deməmişdim. Çünki insan sevdiyi kəs haqqında çox danışa bilmir. Yəqin mənim bu sevgimi ona çatdırıblar. Mən Aygün xanımın qonaq olduğu bütün verilişləri izləyirəm. Bu dəfə də adəti üzrə dostumuz Kazımın verilişini dinləyirdim. Veriliş ona həsr edilməsinə baxmayaraq, qəribə də olsa məndən söz açdı. Həm bir-iki kəlmə deyil, çox danışdı. Öz ad günündə mənə hədiyyə etdi".Yaşının azlığına baxmayaraq qısa müddət ərzində populyarlıq qazanan Ayan reklam xatirinə heç vaxt heç kimin adından istifadə etmədiyini qeyd etdi: "Sənətə ilk gəldiyim gündən belə şeylərdən qaçmışam. Başqasının adı ilə özümü reklam etmək istəməmişəm. Aygün Kazımovaya olan sevgimi də məhz bu səbəbdən efirlərdə deməmişəm. Aygün xanımın bu addımından sonra artıq ürəklə bu sevgimdən danışa bilərəm. Mən onun fanatıyam!".
//anspress

OXŞAR XƏBƏRLƏR