Ayan Babakişiyevadan yeni xəbər var - FOTOLAR

MAQAZİN
10:46 25.04.2013
3223

Radio və ekrandan dalğalanan Ayan Babakişiyevanın tanqo üslübünda yeni mahnısına dinləyici marağı artmaqdadır.AZXEBER.COM-un məlumatına görə, “Sənin eşqin xəyanətdir” (musiqisi Emin Minyaşev, sözləri in İkram Əliyevindir) adlandırılan yeni kompozisiya maraqlı görüntülərlə tamamlanıb. Rejissor Asif Bafaoğlunun üzərində çalışdığı mahnının ekran görüntüsündə qrafika işi ön plandadır. Mini klip adlanan görüntülər Ayanın müxtəlif fotoları üzərində qurulub. Rejissor qrafika işini fəsillərə bölüb, eyni zamanda musiqi alətlərini də bu görüntülərə uyğunlaşdırmaqla fotoları tamamlayan maraqlı mənzərə yaradıb. Bu gözəlliyi görən Ayan hələki mahnıya klip düşünmür.

Mahnıdan sonra onun görəcəyi iş fotosessiyadan ibarətdir. Yaraşıqlı ifaçı yazın əhval-ruhiyyəsinə uyğun fotosessiya düşünüb. Bildirib ki, adını çəkdiyimiz Asif bəy onun fotosessiyasının qrafisti olacaq.

OXŞAR XƏBƏRLƏR