Ayaqları yoxdur: Rusiyaya qarşı döyüşür

Ayaqları yoxdur: Rusiyaya qarşı döyüşür
DÜNYA
19:16 23.03.2022
337
Hər iki ayağını itirən 55 yaşlı Vasili Ştefko Zakarpatye legionunda döyüşür.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, kişi hərbi komissarlıqda yalan danışaraq Rusiya ordusu ilə döyüşmək üçün cəbhəyə gedib.

İndi Vasili Ştefko 128-ci dağ hücum briqadasının atəşə dəstək briqadasında xidmət edir.

Bu barədə brqiqadanın nümayəndəsi, Ukrayna Silahlı Qüvvələrinin mayoru Yaroslav Qalas məlumat verib. 

55 yaşlı Vasili ayaqlarını Rusiyaya çörəkpulu qazanmaq üçün işləməyə gedəndə - 2004-cü ildə itirib. Lakin könüllü olaraq indi cəbhəyə gedib. O, döyüşməyə getməsinə icazə verilməsi üçün hərbi komissarlıqda ayağının yalnız birinin protez olduğunu söyləyib.

Onun sözlərinə görə, müharibə başlayanda nə baş verdiyini görüb və bundan sonra hərbi komissarlığa gedib. 

Vasili Ştefko gənclik illərində orduda xidmət etdiyini, silahdan atəş açmağı, hətta maşın sürməyi bacardığını deyib. Onun sözlərinə görə, protezlərini görməyən insanlar ayaqlarının olmadığını ağıllarına belə gətirə bilmirlər. 

O, atasının da İkinci Dünya müharibəsində "qanunsuz” cəbhəyə getdiyini söyləyib: "Onun 15 yaşı olub, ancaq 18 yaşında olduğunu deyib və cəbhəyə döyüşməyə gedib”, - Ştefko bildirib.

İndi onu evdə həyat yoldaşı və 11 yaşlı qızı gözləyir. 

"Onlar həyəcan keçiirirlər, lakin vətənimi qoruduğum üçün mənmlə qürur duyurlar”, - 55 yaşlı döyüşçü deyir.
OXŞAR XƏBƏRLƏR