"Ayaqqabılarım və çimərlik geyimlərim bahalı olmalıdır".
Bu sözləri aktrisa Pərvin Abıyeva açıqlamasında deyib:
"Qalan geyimlərim ucuz və sadə ola bilər".
Aktrisa tez-tez səyahətə çıxan məşhurlardandır:
"Səyahəti sevirəm. O zaman mənən dincəlirəm. Bu yaxınlarda Dubaya getməyi düşünürəm. Oraya gəzmək üçün deyil, alış-veriş etməyə gedirəm. Əsas səyahətləri yaya saxlamışam".
///big.az