Ayaqsız kişi dünyanın ən hündür zirvəsinə çıxdı - FOTOLAR + VİDEO

Ayaqsız kişi dünyanın ən hündür zirvəsinə çıxdı - FOTOLAR + VİDEO
15:47 26.03.2013
1761
Yeni Zellandiyadan olan fiziki qüsurlu şəxs dünyanın ən hündür zirvəsini fəth edib. Mark İnqlis adlı şəxs 20 il əvvəl hər iki ayağını itirib. Bütün ömrüboyu isə planetin ən hündür zirvəsinə çıxmağı arzu edib.Mark İnqlisin səfəri 40 gün davam edib. Bu keşməkeşli yolda o çox ağır sınaqlarla üz-üzə qalıb. Belə ki, 6400 metr hündürlükdə protezlərindən biri sınıb. O, bir müddət onun təmiri ilə məşğul olmalı olub.Bundan əlavə o, dağa bir yolla dırmanıb, enişi isə başqa yolla həyata keçirilib. Bu isə Evevrestin fəhtində 3-cü belə haldır.Zellandiyanın baş naziri Helen Klark bu uğuruna görə, alpinisti şəxsən təbrik edib. //anspress
OXŞAR XƏBƏRLƏR