Ayaqyolunda qadınların şəkilini çəkən fransız yaxalandı
09:36 20.03.2013
1442
Ayaqyolunda mobil telefonla qadınların şəklini çəkən 50 yaşlı fransız polis tərəfindən saxlanılıb. Məlumata görə saxlanılan şəxs sakini olduğu Brest şəhərindəki böyük ticarət mərkəzlərindən birini bu məqsədlə özünə məskən tutubmuş. Hadisə isə ayaqyoluna girən qadınlardan birinin yan tərəfdəki tualetdən uzadılan telefonla çəkildiyi görməsi ilə meydana çıxıb. Qeyd edək ki, vəziyyətdən xəbər tutan qadın bayıra çıxaraq saxlanılan şəxsin olduğu tualetin qapısını kilidləyib və mağazanın təhlükəsizlik xidmətinə bu barədə xəbər verib.