Ayaz Mütəllibov 20 ildən sonra Bakıda təmtəraqlı ad günü keçirdi

Ayaz Mütəllibov 20 ildən sonra Bakıda təmtəraqlı ad günü keçirdi
SİYASƏT
17:18 15.05.2013
3730

20 ildən çox Moskvada mühacirət həyatı yaşadıqdan sonra ötən ilin ortalarında vətənə qayıdan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov mayın 12-də özünə təmtəraqlı ad günü mərasimi – yubiley keçirib. Mayın 12-də 75 yaşı tamam olan A.Mütəllibov 20 ildən sonra ilk dəfə doğum gününü Azərbaycanda qeyd edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə modern.az saytına Ayaz Mütəllibovun dostu və keçmiş partiyadaşı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib.

A.Mütəllibovun ad günü mərasimində iştirak etmiş ASDP sədri eks-prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu vurğulayıb:

“Ayaz müəllimin mayın 12-də 75 yaşını qeyd etdik. Yubiley mərasimində onun qohumları, tanışları və eləcə də dostları iştirak edirdilər. Mən də həmin məclisə dəvət olunmuşdum. Ayaz müəllimin çox gözəl əhval-ruhiyəsi var idi. Hər şey yaxşı idi, çox gözəl də məclis keçdi”.

Məclisdə A.Mütəllibovun dostlarından kimlərin iştirak etdiyinə gəlincə, A.Əlizadə ad çəkmək istəməyib:

“Mən ad çəkmək istəməzdim. Amma deyə bilərəm ki, yaxın dostlar, tanışlar-hamı Ayaz müəllimin ad günü mərasiminə yığışmışdı”.

Sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması ötən il eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib. O, 2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdıb.

Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb.

A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. 2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb