Ayaz Salayev Fəxri diploma layiq görüldü

Ayaz Salayev Fəxri diploma layiq görüldü
MƏDƏNİYYƏT
11:56 03.08.2025
222
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində tanınmış kinoşünas, rejissor, ssenarist, pedaqoq, Əməkdar incəsənət xadimi Ayaz Salayev ilə görüş olub.

AZXEBER.COM xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli rejissoru 65 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Ayaz Salayevin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərini qeyd edən nazir onun kinoşünas kimi də təqdirəlayiq işlər gördüyünü bildirib.

Adil Kərimli rejissorun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyara təqdim edib.

Ayaz Salayev fəaliyyətinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Görüşün sonunda sənətkarla xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR