AYB: Ölkədə 26 rəqəmindən istifadə edilməməlidir?

AYB: Ölkədə 26 rəqəmindən istifadə edilməməlidir?
SOSİAL
21:50 08.09.2017
1333
Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.
 
Paytaxt meri deyib ki, Bakının mərkəzində "26” adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları, təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar Birliyinin binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə "26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər”.
 
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, başda Anar müəllim və Yazıçılar Birliyinin mövqeyi ondan ibarətdir ki, bizim icarəyə verdiyimiz obyektin ad seçimi ilə bağlı heç bir şərhimiz yoxdur: " 26” - "Twenty six” adlı kafeni 26 Bakı komissarı ilə bağlamağın nə dərəcədə düzgün olub-olmadığını biz bilmirik. Hacıbala müəllimin bu kafenin sahibini ermənipərəst adlandırması iddiası da bizə qəribə gəldi. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Belə çıxır ki, respublikada 26 rəqəmindən hər hansısa yerdə istifadə edilməməlidir?
 
Kafe orada bir neçə aydır fəaliyyət göstərir. Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi "26 Bakı komissarı" adında küçə də var idi. Əslində, ən böyük qəbahət budur”.
 
X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib: "Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu