Aybəniz Haşımova internat məktəbinin şagirdləri üçün konsert verib - FOTOLAR

Aybəniz Haşımova internat məktəbinin şagirdləri üçün konsert verib - FOTOLAR
MƏDƏNİYYƏT
22:00 17.08.2013
2125
Bu gün Ahıl Tənha və Əlil insanlara Yardım İctimai Birliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakının 4 internat məktəbinin şagirdlərinə xeyriyyə konserti verilib. 
AZXEBER.COM xəbər verir ki, 2,3,4 və 11 saylı internat məktəbinin şagirdləri üçün baş tutan konsertdə Azərbaycanın Əməkdar artisti, populyar müğənni Aybəniz Haşımova, “Bülbüllər” qrupunun üzvləri Müşfiz Əliyev, Emil Hüseynzadə və Zülfü Əsədzadə iştirak edib. İnternat məktəbinin şagirdləri Aybəniz Haşımova və komandasını böyük coşqu ilə qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR