Aybəniz Haşımova İTV rəhbərliyinə müraciət etdi

MƏDƏNİYYƏT
13:45 01.08.2013
2301
Xəbər verdiyimiz kimi, Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Tanınmış rejissor Ələkbər Muradov 65 yaşında dünyasını dəyişib. 
AZXEBER.COM-un məlumatına görə, əməkdar artist Aybəniz Haşımova tanınmış rejissorun ölümündən kədərləndiyini bildirib və İTV rəhbərliyinə müraciət edib: 
"Rejissor Ələkbər Muradov vəfat edib. Allah rəhmət eləsin. İTV-də işləyən dostlarımın nəzərinə çatdırmaq istəyirəm ki, telekanalın fondunda mənim Ələkbər müəllim haqqında çəkdiyim maraqlı bir veriliş var. Bəlkə proqram direktorluğunun yadına salasınız efirə versinlər. Yaxınları, doğmaları üçün təsəlli olardı...."

OXŞAR XƏBƏRLƏR