Əməkdar artist Aybəniz Haşımova kimsəsiz uşaqlara konsert verəcək.
AZXEBER.COM-unməlumatına görə, bu haqda əməkdar artist “Facebook” səhifəsində məlumat verib:
"Tacikistanın və Qazaxıstanın məşhur gənc müğənniləri Tahmina Niyazova ve Alisher Karimov Azərbaycana gəlir. Məqsəd isə Azərbaycanda valideyn qayğısından məhrum olan, fiziki cəhətdən qüsurlu olan körpələrimizə təmənnasız konsert verməkdir.
Səfər zamanı gələn qonaqların Tovuz rayonunda əsgərlərimizlə görüşü, Azərbaycanın dilbər güşələrinin ekskursiyası da nəzərdə tutulub. Bu konsert xalqların böyük dostluq körpüsünün bariz nümunəsi olacaq. Qonaqlarla yanaşı konsertdə Aynişan və “Bülbüllər”də mənimlə bərabər sevə-sevə körpələri gözəl nəğmələrlə sevindirəcəyik.
Bu böyük xeyriyyə tədbirində mənə yaxından dəstək olan dəyərli bacım, xalqımızın layiqli övladı xanım Qənirə Paşayevaya “12 May” şirkətinə və dəyərli qardaşımız Səbuhi Rəcəbə, İctimai Televiziyadan Saleh Bağırova xüsusi təşəkkür edirəm. Konsertdə qonaqlarların bizimlə duetləri də nəzərdə tutulub. İnanıram ki, körpələr bu konsertdən böyük zövq alacaqlar”.