Əməkdar artist Aybəniz Haşımova Tacikistan müğənnisini Bakıya gətirir.
AZXEBER.COM-un məlumatına görə bu barədə müğənni “Facebook”da məlumat yazıb: “Sentyabrın sonunda mənim dəvətimlə Tacikistanın məşhur gənc müğənnisi Təhminə Niyazova Bakıya gəlir. Ailəmizin qonağı olacaq. İnşhallah fikrim var ki, iki ölkənin gənclərindən ibarət bir konsert edim. İnşallah konsertde Aynişan, ”Büllbüllər” qrupu, “Xalq ulduzu” müdabiqəsinin iştiraçıları Əsgər İsmayılov, Vüqar Ağasıyev, Nicat Mənsimov, Mehman Elmanoğlu, Zümrüd Məmmədova, Babək Quliyev və başqalarının iştirakı gözlənilir. İnanıram ki, möhtəşəm bir gecə olacaq”.