Əməkdar artist Aybəniz Haşimovanın 15 yaşlı tələbəsi Milana Nəbiyevanın "Dilberin ariyası" ifası sosial şəbəkələrdə trend olub.
AZXEBER.COM xəbər verir ki, əməkdar artist bununla bağlı "facebook" hesabında fikirlərini bölüşüb.
Aybəniz Haşimova tələbəsinin bu uğurunun onu qürurlandırdığını dilə gətirib:
"Mənim əziz tələbəm Milana Nəbiyeva "Dilberin ariyası" ilə Fikrət Əmirovun möhtəşəm musiqisi və Cəfər Cabbarlının ölməz əsəri üzərində qurulmuş bir sənət zirvəsində birləşdilər. Bu möhtəşəm əsəri 15 yaşlı bir vokal ifaçısının ifasında eşitmək, insana həm heyrət, həm də qürur hissi yaşadır. Bu yaşda bu qədər dərinlik, bu qədər texniki ustalıq, səsin rəngi və çalarlarının zənginliyi -bütün bunlar sadəcə fitri istedada və böyük zəhmətə işarədir. Milana, bu əsəri elə bir səviyyədə ifa etdi ki, insan düşünür: 25 yaşında bu qız nə səviyyəyə çatacaq?!
Artıq bu günün özündə belə, onun səsi və ifası dinləyicini vahiməyə salacaq qədər güclü və ruhu titrədəcək qədər dərin idi. Mən onun müəllimi kimi yalnız qürur hissi keçirirəm və əminəm ki, qarşıda onu böyük səhnələr, böyük uğurlar gözləyir".
Aysel