Aybəniz Haşımovanın “Sənət Akademiyası” 1 yaşında

MƏDƏNİYYƏT
13:26 08.01.2018
2087
Azərbaycanın Əməkdar artisti, tanınmış sənətçi Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Sənət Akademiyası”nın 1 yaşı tamam olur.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın musiqi sənəti üçün gənc ifaçıların yetişdirilməsi məqsədi ilə yaranan "Sənət Akademiyası” qısa bir müddətdə bir sıra uğurları ilə yadda qalıb.
 
Aybəniz Haşımovanın rəhbərliyi altında fəaliyyət göstərən akademiyanın tələbələri müxtəlif yerli və xarici, eyni zamanda dövlət tədbirlərində çıxışlar edərək, bir sıra mühüm mükafatlara layiq görülüblər.
 
Əməkdar artist, tanınmış sənətçi Aybəniz Haşımova "Sənət Akademiyası”nın 1 yaşının tamam olması münasibətilə verdiyi açıqlamada bu sənət məktəbinin bir illik fəaliyyətində onlara dəstək verən şəxs və qurumlara təşəkkür edib.

OXŞAR XƏBƏRLƏR