Çaydan 23 yaşlı gəncin meyiti tapıldı

Çaydan 23 yaşlı gəncin meyiti tapıldı
SOSİAL
17:33 26.06.2019
2485
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər
OXŞAR XƏBƏRLƏR