Bəstəkar və ifaçı Aydan Əliyeva bu dəfə də öz yeni və kreativ mahnısı ilə izləyicilərini təəccübləndirə bilib.
AZXEBER.COM xəbər verir ki, "Çağırdım" adlanan mahnısını ifa edən Aydan Əliyeva musiqini özü bəstələyib. Mahnının sözləri isə gənc bəstəkarın özünə və istedadlı gənc yazar Tural Məmmədova aiddir.
Aranjiman Türkiyədə yaşayan və çalışan musiqiçilər Arçil Veltauri və türkiyəli məşhur müğənni İbrahim Tatlısesin komandasında çalışan kaman ifaçısı İsmet Dirilə aiddir.
Mahnının klipi videoqraf, montajçı Fərid Həsənə aiddir.
Həmin ifanı təqdim edirik: