Xəbər verdiyimiz kimi, deputat Aydın Mirzəzadə “Facebook” səhifəsində yeni fotosunu paylaşıb."İçəri şəhər" metrosuna minən millət vəkili fotonu da orada çəkdirib. Bu şəkil AZXEBER.COM informasiya portalının rəsmi "facebook" səhifəsində yayımlanıb və qısa müddət ərzində 200-ə yaxın insan şəkli bəyənib. Ancaq bəzi şəxslər bu şəklə görə millət vəkilini özünü reklamda suçlayıb.Nəcəf Aydəmirov adlı səhifə üzvü isə bu haqda yazıb: "Sadə olsaydı Əzizbəyovdan (indiki Xəzər red.) çıxıb, avtobusa minərdi. İçərişəhərdən çıxıb, avtomobilinə yox"
Millət vəkili elə AZXEBER.COM-un rəsmi fan-səhifəsində tənqidlərə cavab verib. O bu haqda yazıb:"Dostlar, mən bu şəkli FB-də nə reklam, nə də özümü yada salmaq üçün yerləşdirməmişəm. Mənim özümü tanıtmağıma da ehtiyac yoxdur. Xaraktercə həmişə sosial fəal insan olmuşam və sosial şəbəkələrdə daima öz fikirlərimi bölüşmüşəmMəni tanıyanlar da daima ictimaiyyət içərisində olduğumu və təmasa açıq olduğumu bilirlər. "İçərişəhər" metro stansiyasına isə şəkil çəkdirmək üçün deyil, "Elmlər Akademiyası" metro stansiyasına getmək üçün minmişdim. Stansiyanın foyesi xoşuma gəldi, şəkil çəkdirib burada yerləşdirmişəm.
"Eyni zamanda bildirm ki, mən həmişə deputat olmamışam. 46 yaşında ev almışam. Deputatlığa qədər 13 işyerim olub, həyatın bütün çətinliklərini görmüşəm. Ac da qalmışam, illərlə borc da almışam, 46 yaşında aldığım evin düz beş il lyustr əvəzinə, sadəcə lampa asılıb. İndi 18 yaşlı tələbənin mənə irad bildirməsi, laborant qızın həyat dərsi keçməsi mənə qəribə gəlir".
Qeyd edək ki, metroda şəkil çəkdirən Aydın Mirzəzadə “Bakı metropoliteni stansiyalarının daxili tərtibatı çox gözəldir”, deyə "facebook"da yazıb. Həmin fotonun linkini təqdim edirik: https://www.facebook.com/photo.php?fbid=502084286494616&set=a.256276981075349.54312.134447493258299&type=1&theater