“Bu gün Azərbaycan universitetlərində erməni dilinin tədrisinə heç bir ehtiyyac yoxdur”
Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda erməni dilinin tədrisini təklif etdi.
AZXEBER.COM-un məlumatına görə, millət vəkili bu təklifini sosial şəbəkədə bildirib. Millət vəkili bildirib ki, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi davam etməkdədir:
“Qonşu dövlət Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğalda saxlayır və müharibə hələ bitməyib. İki dövlət arasındakı sərhədlər bu səbəbdən bağlıdır, işğal bitməyənə qədər hansısa bir iqtisadi və humanitar əlaqələrdən isə söhbət gedə bilməz. Bu həm Azərbaycan cəmiyyətinin, həm də iqtidarın qəti qərarıdır. Müharibə və gərgin mübarizə təkcə cəbhə xəttində deyil, həmçinin ideoloji və təbliğat cəbhəsində də gedir. Ermənistan beynəlxalq aləmdə daima Azərbaycanla, Dağlıq Qarabağla bağlı dezinformasiya yaymaqda davam edir. Ancaq onun əsil siması rus, ingilis və digər xarici dillərdə gedən informasiyada deyil, erməni dilində çıxan informasiya vasitələrində, arxiv materiallarında, adi Ermənistan vətəndaşlarının mətbuatdakı çıxışlarında bilinir. Bu baxımdan Azərbaycan universitetlərində erməni dili fakültələrinin açılması məqsədə uyğun olardı. Burada tək erməni dili və ədəbiyyatı deyil, onun tarixçilərinin dili ilə tarixi, erməni millətçilik ideologiyasının əsasları, iqtisadi çoğrafiyası, siyasi proseslərin gedişi də dərindən öyərnilə bilər. Fakültəni ermənistanşünaslıq fakültəsi də adlandırmaq olar”.
Bəs görəsən Azərbaycan təhsili buna hazırdırmı?
Məsələylə bağlı AZXEBER.COM-a danışan təhsil üzrəekspert Etibar Əliyev bu təklifin tamamilə absurt olduğunu bildirib. O, Aydın Mirzəzadənin bir çox çıxışlarının yersiz olduğunu deyib:
Aydın Mirzəzadəninbelə mənasız fikirləri var. O nə gəldi danışır. O vaxt da buna bənzər bir səfeh fikir bildirmişdi ki, seçkinin nəticələrinin aşağı olmasının səbəbi 1992-ci ildə dünyayagələn uşaqların və doğuşa girən anaların stress vəziyyətində olmasıdır.
Onun fikirlərinə heç kim əhəmiyyət vermir. Bu gün Azərbaycan universitetlərində erməni dilinin tədrisinə heç bir ehtiyyac yoxdur . Hətta bu sahədə heç bir mütəxəssis də yoxdur. Bu gün Azərbaycan təhsilində olan problemləri aradan qaldırmaq lazımdır.
Erməni dilinə gəlincə isə, bu cür tədbirlər ictimai səviyyədə olmalıdır və buna görə də Azərbaycan təhsili buna hazır deyil. Bu cür layihələri QHT-lərin həyata keçirməsi daha düzgün olar”.
Əfsələddin Ağalarov