“Aydın olur ki, tənqid olunmamaq üçün Karl Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır” - Novruz Məmmədov

SİYASƏT
17:55 12.09.2014
994
“Aftonbladet” qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün Karl Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
“Karl Bildtin keçmişdə “xüsusi əlaqələri” iddiaları barədə məlumatlıydık. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır”, - deyə N. Məmmədov vurğulayıb.
Qeyd edək ki, İsveçdə nəşr olunan “Aftonbladet” qəzeti xarici işlər naziri Karl Bildtin korrupsiya əməlləri ilə məşğul olduğunu, öz mənfəəti naminə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə lobbiçilik etdiyini yazıb.
Qəzet iddia edir ki, K. Bildtlə bağlılığı olan PR şirkətinin M. Saakaşvilinin müsbət imicinin formalaşdırılması üçün Gürcüstanın keçmiş hakimiyyətindən 3 milyon dollardan artıq pul aldığını təsdiqləyən sənədlər var.
OXŞAR XƏBƏRLƏR