Aydın Xan Əbilov: "Baxımsız müğənni cəmiyyət üçün maraqlı deyil"

Aydın Xan Əbilov: "Baxımsız müğənni cəmiyyət üçün maraqlı deyil"
MAQAZİN
11:07 30.11.2023
164

"Müğənninin səsi ilə yanaşı, xarici görünüşü də gözoxşayan olmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "ARB” televiziyasında, "Elgizlə izlə” verilişində qonaq olan yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib.

"Bizim üçün əxlaq meyarı sayılan bir şey başqa ölkə üçün sayılmaya bilər. Ya da əskinə. Bu normaldır. Sənət adamı həm estetik baxımından, həm gözəllik, həm də səs baxımından göz oxşamalıdır. Baxımsız olan müğənni cəmiyyət üçün maraqlı deyil. Sənətçilər, aktyorlar, hətta verilişə gələn ekspertlər belə səliqəli olmalıdır. Heç kim çirkin üzə baxıb, gözəl səs dinləmək marağında deyil. Sənət adamı əgər səhnəyə çıxırsa, bilməlidir ki, biz estetik cəhətdən onlardan zövq almalıyıq. Fərqli, gözəl və cəsarətli olmalıdırlar”.


 

Aysel

OXŞAR XƏBƏRLƏR