BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

"Aydın Xırdalanlının ölümü mənim belimi qırdı" - VİDEO

MAQAZİN
11:09 18.02.2020
6957
VİDEO" />
ARB TV-nin "Elgizlə İzlə" verilişində meyxanaçı Mahir Cürətlə bağlı süjet yayımlanıb.

Həyatından və yaradıcılığından danışan meyxana ustadı həmkarı Aydın Xırdalanlının vəfatından təsirləndiyini, eləcə də bəzi aktyorların qəzəli ələ salmasının ona pis təsir etdiyini bildirib:

"Efirlə maraqlanan insan deyiləm həmkarlarımdan fərqli olaraq. Verilişlərə dəvət edirlər, vaxtım, imkanım olanda gedirəm, gedə bilmədiklərimdən də üzr istəyirəm.

Meyxana mənim üçün cılız bir sənətdir. Bu gün incəsənət aləmində bir qarışıqlıq əmələ gəlib. Gənclərdən biri çıxır efirə, deyir ki, oxuduğum mahnının sözləri və musiqisi mənə aiddir. Deyirəm, oxumusan, çox gözəl, bu oxuduğun muğam hansı muğamdı? Özü də məşhur insanlardandır, milyonlarla izləyicisi var, amma sualıma cavab verə bilmir. Bu necə olur ki, izlənilir, amma heç nəyi də bilmir?!

Çox tanışlarım mənə deyir ki, Mahir, hamı qabağa gedir, sən niyə arxaya gedirsən, deyirəm ki, mən arxaya gedib qəfildən sıçrayış edəcəm. Mən onların indi getdiyi qabağı bir dəfə dolanıb gəlmişəm. Qabaqda elə də maraqlı bir şey yoxdur, nə varsa, ortada var.

Mənə artıq maraqsızdır, əvvəl meyxana deməyə adam tapmırdın, indi əlini fırlayırsan, 10 dənəsi düzülür. İkinci kitabımı ölməsəm, qalsam, çap edəcəm. Şükür ki, gəlib siz çəkirsiniz, işıqlandırırsınız.

Mənim aktyorlarımıza böyük hörmətim var. Məsələn, Müşfiq Şahverdiyevdi, Şirin ləqəbi ilə tanınan Nicat Rəhimovdu, çıxıb efirdə, filmlərdə qəzəli ələ salırlar. O boyda dahi sənətkarlarımız qəzəllər deyiblər, yazıblar, bunlar ələ salır. Onlardan həm xahiş, həm də tələb edirəm. Mənim yaşamağıma səbəb bu qəzəllərdi. Bu dünyada yaşamağın mənası qəzəldir ancaq.

Meyxanaçı qardaşım Aydın Xırdalanlının ölümü mənim belimi qırdı".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:32 02.04.2020

“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət

13:26 02.04.2020

Taksi sürücülərinin nəzərinə! - Cərimə edilə bilərsiz

13:18 02.04.2020

Binəqədidə 65 yaşdan yuxarı tənha sakinlərə gigiyenik vasitələr çatdırılıb - FOTOLAR

13:12 02.04.2020

Deputat: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi

12:58 02.04.2020

“Koronavirus Azərbaycanın bütün regionlarına yayılıb”

12:54 02.04.2020

TƏBİB: İlkin mərhələdə sərhədləri keçənləri iki dəfə test edirdik

12:44 02.04.2020

Azərbaycan Prezidenti: “Aprel döyüşləri Dövlətimizin, Ordumuzun gücünü nümayiş etdirdi”

12:38 02.04.2020

Operativ Qərargah: Fövqəladə vəziyyətin elan olunması istisna edilmir

12:37 02.04.2020

“Təkcə Bakıda deyil, hətta rayon və kəndlərdə də yoluxmalar var”

12:31 02.04.2020

TƏBİB: Maska istifadəsi məcburidir

12:27 02.04.2020

DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

12:18 02.04.2020

Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır

12:11 02.04.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı

12:09 02.04.2020

İbrahim Məmmədov: “Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib”

12:08 02.04.2020

İbrahim Məmmədov: “Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır”

11:50 02.04.2020

TƏBİB-in şöbə müdiri: "Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"