Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarə yola düşür

Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarə yola düşür
SOSİAL
13:06 07.01.2024
297
"Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək:

"Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”.

Sözügedən reys Ankaradan 12:50-də qalxacaq.

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.
OXŞAR XƏBƏRLƏR