Aygün Əliyeva “Digital Diplomatların” qonağı oldu - FOTOLAR

SOSİAL
19:59 19.09.2024
156
"Digital Diplomatların” növbəti qonağı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva oldu. 

AZXEBER.COM xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva "COP29-da qeyri-hökumət təşkilatlarının iştirakçılığı” mövzusunda gəncləri məlumatlandırdı, tədbirin ölkəmiz və ətraf mühit üçün rolundan bəhs etdi, səslənən təklifləri dinlədi, gənclərin suallarını cavabladı və COP29-da gənclərin aktiv iştirakçılığa cəlb olunması üçün öz təcrübələrini bölüşdü. 

Qeyd edək ki, layihə AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR