Aygün Əliyeva Pakistanda Vəkillər Kollegiyasının fəxri üzvü seçilən ilk azərbaycanlı oldu - FOTO

Aygün Əliyeva Pakistanda Vəkillər Kollegiyasının fəxri üzvü seçilən ilk azərbaycanlı oldu - FOTO
SOSİAL
21:17 16.03.2022
790
Vəkil Aygün Əliyeva İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının Fəxri Üzvlüyünü alan ilk azərbaycanlı vəkil olub.  

AZXEBER.COM xəbər verir ki, mükafatlandırma mərasimi Pakistanın paytaxtı İslamabadda İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının mərkəzi ofisində keçirilib. 

Kollegiyanın yeni seçilmiş prezidenti Shoaib Shaheen Vəkil Aygün Əliyevaya Fərqlənmə Sertifikatını təqdim edib.

Mərasimdə çoxlu sayda yüksək səviyyəli hüquqşünaslar iştirak edib. 

Daha sonra Pakistan Federal Hüquq və Ədliyyə Naziri Dr. Farogh Naseem Aygün Əliyevanı qəbul edib. 

Qeyd edək ki, Aygün Əliyeva həm Azərbaycan Vəkillər Kollegiyasının, həm də İstanbul 2 Nömrəli Vəkillər Kollegiyasının üzvü və Beynəlxalq hüquq komissiyasının sədridir. 

İstanbul mərkəzli "Era360 Business Consultancy” firmasının həmtəsisçisidir. 

Uzun müddətdir hüquq sahəsində beynəlxalq fəaliyyətləri nəticəsində bu fəxri üzvlüyə qəbul edilmişdir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR