"Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şövkət Mirzəyevin timsalında iki ölkə arasında əlaqələr intensiv şəkildə genişlənir və biz bunun nəticələrini görməkdəyik".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O Daşkəntdə baş tutan Özbəkistan - Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun əhəmiyyəti haqda danışıb.
O bildirib ki, ötən il Füzulidə keçirilən Azərbaycan - Özbəkistan QHT-lərinin Forumundan sonra hər iki ölkənin QHT-nın qarşılıqlı səfərləri və tədbirləri təşkil olunub:
"Bu gün Özbəkistanın paytaxtı Daşkənddə hər iki ölkənin vətəndaş cəmiyyətləri təsisatlarının ikinci Forumu keçirilir. Ötən il Füzulidə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçirilmişdi. Forumdan dərhal sonra agentliklə asossasiya arasında bağlanan memorandumdan sonra biz artıq dəfələrlə hər iki ölkənin QHT-nın qarşılıqlı səfərlərini və tədbirlərini təşkil etmişik.
O, həmçinin Bakıda keçirilən COP-29 Forumu zamanı Özbəkistan dövlətinin Azərbaycana göstərdiyi dəstəyə görə də təşəkkürünü bildirib:
"Fürsətdən istifadə edib Özbəkistan QHT-lərinə COP-29 dönəmində də Azərbaycanın ev sahibliyinə göstərdiyi dəstəyinə görə də öz təşəkkürümü bildirirəm. Bugünki forumdan sonra isə hər iki ölkənin 5 QHT-si arasında anlaşım memorandu imzalandı. Düşünürəm ki, bu memorandum həm də gələcək əməkdaşlıqlara zəmin yaradacaq".
Günel Hüseyinli