Aygün Kazımova Ayanın hamilə olduğunu təsdiqlədi - FOTOLAR

MAQAZİN
12:30 21.11.2013
3898

Azərbaycanın xalq artisti Aygün Kazımova müğənni Ayanın evli və hamilə olmasını təsdiq edib.

Showlife.az-ın məlumatına görə o, İnstagramda Ayanın şəklini paylaşaraq “Ayanın gözəlliyini, dürüstlüyünü, istedadını, yeni və xoşbəxt evliliyini çəkə bilmirsinizsə, ey həşərat sülaləsi, gedin, dərd çəkin” , sözlərini yazıb.

Daha sonrakı şərhlərində isə Aygün müğənninin hamilə olduğunu qeyd edib: “Bəli, bütün subaylara qismət olsun. Sevir, sevilir, çox xoşbəxtdir. Tezliklə də ana olacaq. İnşaallah, sağ-salamat…”

OXŞAR XƏBƏRLƏR